cümə axşamı 17 iyul 2025 - 10:30
İrana qarşı təcavüz qarşısında susmaq, bütün ölkələr üçün təhlükədir / BMT Təhlükəsizlik Şurası haradadır?

Hövzə/Sionist rejimin İrana qarşı təcavüzü, Roma Əsasnaməsinin 8-ci maddəsinin təkrar bəndinə uyğun olaraq açıq bir təcavüz aktıdır və BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində yer alan dövlətlərin suverenliyinə hörmət prinsipinin pozulmasıdır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Ədliyyə Nazirliyinin Hüquqi və Parlament İşləri üzrə müavini, İmam Sadiq (ə) Universitetinin İslam Maarifi və Hüquq Fakültəsinin elmi heyətinin üzvü Dr. Seyid Məhəmməd Mehdi Ğəmami bir yazısında qeyd edib:

İnsanlıq əleyhinə soyqırım törədən İsrail rejimi və müharibə tərəfdarı olan ABŞ hökuməti beynəlxalq hüququ, insan hüquqlarını və humanitar prinsipləri pozaraq, İran ərazisinə qarşı təcavüzü və İranın xoş niyyətlə danışıqlarda iştirak etdiyi bir zamanda “zorakılığın normallaşdırılması” və “toplu qayıq diplomatiyası” kimi adlandırılmış başqalarını da bu təcavüzkarları pisləməyə təşviq edibdirlər.

1.Təxminən 20 ay boyunca Qəzza zolağında soyqırım, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri törədən, həmçinin Livan və Suriyaya təcavüz edən işğalçı sionist rejim ki, bütün bunlar dünya və beynəlxalq sülh və təhlükəsizliyin açıq şəkildə pozulması nümunələridir 13 iyun 2025-ci il tarixində İrana qarşı 20-dən çox özbaşına hədəfli terror hücumu ilə hücuma keçir və bu təcavüzü ABŞ-ın dəstəyi və logistik yardımı ilə 24 iyuna qədər davam etdirir.

2. Sionist rejimin İrana qarşı hücumu açıq-aşkar bir təcavüz aktıdır (Roma Əsasnaməsinin 8-ci maddəsinin təkrar bəndinə uyğun bir nümunədir) və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində yer alan dövlətlərin milli suverenliyinə hörmət prinsipinin pozulmasıdır.

Bu işğalçı rejim, BMT-nin Fələstin işğal altındakı ərazilərdə insan hüquqları üzrə xüsusi məruzəçisi xanım Françeska Albanesenin hesabatına əsasən, Qəzzada sistematik soyqırım törətmişdir. O, İranın suverenliyini pozaraq planlı şəkildə 35 nəfərdən çox hərbi komandiri və alimləri ailə üzvləri ilə birlikdə terror etməyə cəhd göstərmişdir. Bu rejim cəmi 12 gün ərzində min nəfərdən çox iranlını qətliam etmişdir. Bu təcavüz 2025-ci il iyunun 26-da BMT İnsan Hüquqları Şurasının 25 xüsusi məruzəçisi tərəfindən pislənmişdir.

3. Sionist rejim İrana qarşı hücumunu “önləyici zərbə” kimi təqdim edir. Halbuki bu iddia beynəlxalq hüquq üzrə alimlərin doktrinasında və hüquqi düşüncəsində demək olar ki, heç bir legitimliyə malik deyil. Çünki bu, güc tətbiqinə qadağa prinsipinin açıq-aşkar pozulması, təcavüz cinayətinin nümunəsi və BMT Baş Məclisinin 3314 saylı qətnaməsinin pozuntusu sayılır.

4. Sionist rejim İrana qarşı hücum zamanı demək olar ki, bütün müharibə cinayətləri növlərini törətmişdir. Bu rejim Cenevrə konvensiyalarının dörd əsas sənədi və onlara əlavə protokolları ciddi şəkildə pozmuşdur. Qeyri-legitim sionist rejim, İrana qarşı 12 günlük məcburi müharibə müddətində hərbi hədəf sayılmayan şəhərlərə, kəndlərə, yaşayış məntəqələrinə, mülki binalara və strateji əhəmiyyətli infrastrukturlara hücum etmişdir. Nəticədə 6 xəstəxana, 14 yanğınsöndürmə məntəqəsi, 117 infrastruktur obyekt və 340 yaşayış binası dağıdılmışdır. Bu, Cenevrə dördüncü konvensiyasının xüsusilə 18-ci maddəsi də daxil olmaqla bir sıra müddəalarının kobud şəkildə pozulması deməkdir.

5. Sionist rejim nüvə silahlarının yayılmasının qarşısını almaq haqqında Müqaviləyə (NPT) üzv olmadığı halda, heç bir əsaslı sübut və sənəd təqdim etmədən və hətta Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş katibinin belə İranın nüvə proqramında heç bir sapma əlaməti görmədiyini təsdiqləməsinə baxmayaraq beynəlxalq ictimaiyyətin əsassız təzyiqləri və ən sərt nəzarətləri altında olan başqa bir dövlətə hücum edir və onun nüvə obyektlərini məhv edir.

Əsas məsələ təcavüz aktıdır  qətliam, terror, ətraf mühitin məhv edilməsi və İranın milli sağlamlığı və sanitariya təhlükəsizliyinə qarşı yönəlmiş bir hücumdur. Xüsusilə vurğulanmalıdır ki, bu rejimin hücumuna məruz qalan obyektlərin əksəriyyəti kənd təsərrüfatı və əczaçılıq sahəsində fəaliyyət göstərirdi.

6. Sionist rejimin təcavüzünün davamında, Amerika Birləşmiş Ştatları da qeyri-qanuni şəkildə İranın ərazisinə daxil olaraq üç nüvə obyektini bombalamışdır. Bu hücum beynəlxalq adət hüququ baxımından qadağandır və nüvə silahlarının yayılmaması rejimində üzv olan bir dövlət tərəfindən həyata keçirilməsi, təkcə özbaşınalıq və BMT Nizamnaməsinin pozulması deyil, eyni zamanda BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinin və beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması deməkdir.

Bundan əlavə, bu hücum nüvə obyektlərinə qarşı yönəldiyi üçün, Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş Konfransının 444, 475 və 533 saylı qətnamələrinə, habelə Cenevrə Konvensiyalarına əlavə olunan birinci protokolun 56-cı maddəsinə əsasən qadağandır. Bu məsələ BMT Təhlükəsizlik Şurasının 1981-ci ilə aid 478 saylı qətnaməsində də xüsusi vurğulanmışdır.

7. Dünyanın gələcəyi ciddi qaranlıq və tərəddüd içindədir. Təkcə beynəlxalq hüquq və humanitar hüquq sistemi deyil, dövlətlər də artıq anlamalıdırlar ki, BMT Nizamnaməsi ayrı-seçkili şəkildə tətbiq olunur. Təhlükəsizlik Şurası Nizamnamənin 39-cu maddəsinə əsasən təcavüzkarları müəyyən etmir və bu ayrı-seçkilik təkcə İrana deyil, Qərbi Asiya bölgəsindəki bütün ölkələrə hətta Avropa ölkələri kimi digərlərinə də təhlükə yaradır. Hətta ABŞ-a yaxın olan Kanada, Qrenlandiya, Panama və digər ölkələr də bu təhlükə ilə üz-üzə qala bilərlər.


Mənbə: Miftah İslam Humanitar Elmləri üzrə xəbər və analitik informasiya portalı

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha